“Taliban” bayrama qədər əsirləri azad edəcək

“Taliban” bayrama qədər əsirləri azad edəcək
  30 İyul 2020    Oxunub:2275
"Taliban" qruplaşması Qurban bayramına qədər əfqan əsirlərini azad edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin deyib.

Onun sözlərinə görə, bununla minlərlə məhbusun azad edilməsi prosesi tamamlanacaq. Süheyl Şahin eyni zamanda Əfqanıstan hökumətini 5000 "Taliban" məhbusunun azad edilməsi prosesini başa çatdırmağa çağırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Taliban  





Xəbər lenti