COVID-19-a yoluxanların sayı 226 mindən çox artıb

   COVID-19-a yoluxanların sayı 226 mindən çox artıb
  29 İyul 2020    Oxunub:2996
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 226 min 783 nəfər yeni növ koronavirusa yoluxub, 4153 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 16 milyon 780 min 54, pandemiya qurbanlarının sayı isə 660 min 318 nəfərdən çoxdur.

Azvision.az


Teqlər: Koronavirus   ÜST   Pandemiya  





Xəbər lenti