80 min turist koronavirusa görə təxliyə edilir

80 min turist koronavirusa görə təxliyə edilir
  28 İyul 2020    Oxunub:3340
Vyetnamın mərkəzi Dananq şəhərində və qonşu Kuanqnam əyalətində koronavirus infeksiyasına daha 7 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, yoluxanlar hamısı Vyetnam vətəndaşlarıdır. Xəstələrdən biri 29 yaşlı qadın, digər altı nəfər 56-71 yaş arasındadır.

Xatırladaq ki, daha əvvəl Dananqda 4, sonra 11 nəfərdə koronavirus aşkarlanıb. Ölkənin müvafiq qurumları virusun daha aqressiv formada olduğunu bəyan ediblər.

Hökumət şəhərə istirahətə gələn 80 min turisti digər istirahət zonalarına təxliyə etməyə, eləcə də sərt karantin tədbirləri həyata keçirməyə başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Dananq  





Xəbər lenti