“Təhdid haradan gəlirsə gəlsin, sonadək Azərbaycanın yanındayıq” - İbrahim Kalın

“Təhdid haradan gəlirsə gəlsin, sonadək Azərbaycanın yanındayıq” -  İbrahim Kalın
  28 İyul 2020    Oxunub:6384
“Döyüşlər ilk dəfə sərhəddə baş verib. Bu mənada təhlükəli bir haldır və dayanması, tərəflərin masaya əyləşməsi lazımdır”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə deyib.

O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

“Azərbaycanın birliyi, həmrəyliyi bizim birliyimiz və həmrəyliyimizdir. Dünən Prezidentimiz rusiyalı həmkarı Vladimir Putinə açıq şəkildə bunu dedi: “Siz, Ermənistanla münasibətlərinizdən istifadə edib, gərginliyi azaldın". Təhdid haradan gəlirsə gəlsin, Türkiyə sona qədər Azərbaycanın yanında olmaqda davam edəcəkdir. Ancaq bu, diplomatiya qapılarının bağlanması demək deyil".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Kalın  





Xəbər lenti