Tramp etirazçıları həbslə hədələdi

Tramp etirazçıları həbslə hədələdi
  28 İyul 2020    Oxunub:3172
ABŞ Prezidenti Donald Tramp hökumət binalarına ziyan vuran etirazçıları həbslə hədələyib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Tvitter" hesabında yazıb.

"Portlanddakı federal məhkəmə binasına, yaxud şəhərlərimizdə hər hansısa digər hökumət binalarına zərər vuran anarxistlər, təhrikçilər və etirazçılar mühakimə ediləcəklər. Minimum 10 il həbs. Belə etməyin!".

Qeyd edək ki, iyulun 20-də Portlandda federal məhkəmə qarşısına yığışan etirazçılar binaya ciddi ziyan vurublar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti