Gədəbəyin sirrli və strateji qalası - FOTOLAR

Gədəbəyin sirrli və strateji qalası - FOTOLAR
  21 Noyabr 2013    Oxunub:3262
Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Abidə XVII əsrdə inşa edilib. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Tikilinin daxilində müxtəlif dövlərə aid nümunələrə rast gəlmək mümkündür.

Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasında yeraltı gizli yol və su xətti də aşkar edilib. Saxsı borularla çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndindən keçən çaya tökülür. Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur.

AzVision.az Koroğlu qalasından ən son fotoları təqdim edir:

Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti