Qadın bir dəfəyə altı uşaq doğdu

Qadın bir dəfəyə altı uşaq doğdu
  18 Noyabr 2013    Oxunub:1396
Doğulan körpələrdən 4-ü oğlan 2-i qızdır.
Qadın 6 körpə dünyaya gətirdi. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın Şərqdə fələstinli qadın birdəfəyə altı körpə dünyaya gətirib. Nadir hadisə cümə günü İordan çayının Qərb Sahilində baş verib. Doğulan körpələrdən 4-ü oğlan ikisi qızdır. 750 - 1400 qram arası çəkiləri olan körpələr 6 həftə tez, keysəriyyə üsulu ilə dünyaya gəlib.

Uşaqların 34 yaşlı anası Ğada Həmməd, özü Qəza Zolağında yaşasa da, inkubatorların çatışmaması ucbatından doğuşu Qərb Sahilindəkli Nablus xəstəxanasında həyata keçirməli olub.

Mətbuata verdiyi müsahibədə ana 11 il uşağa həsrət qaldığını və sonda Allahın həmin illərin kompensasiyasını verdiyini deyib. Uşaqlarda 4-ü müstəqil nəfəs alsa da, digər iki uşağ süni tənəffüs aparatına qoşulub.


Teqlər:





Xəbər lenti