Lənkəranda top mərmisi və 3 mina aşkarlanıb - FOTO
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tətbirləri nəticəsində 1 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) və 3 ədəd tank əleyhinə mina (TM-62P) aşkar edilib. Aşkar olunmuş geri təpməsiz top mərmisinin partladıcısının üzərində olmasını və günün sona çatmasını nəzərə alaraq aşkar olunmuş 3 ədəd mina və 1 ədəd geri təpməsiz top mərmisi 05 avqust 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib.
AzVision.az