Belçikada böyük fəlakətin qarşısı alındı

Belçikada böyük fəlakətin qarşısı alındı
  21 İyun 2017    Oxunub:1205
Belçika polisi Brüsselin mərkəzi dəmir yol vağzalında özünü partlatmaq istəyən kamikadzeni zərərsizləşdirib.

AzVision.az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Öldürülən şəxsin üzərində partladıcı kəmər olub. Hadisə yerinə çoxlu sayda polis və hərbçi cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Polis vəziyyətin nəzarət alında olduğunu bildirib.

AzVision.az


Teqlər: Belçika  





Xəbər lenti