Mədət Quliyev və Ramil Usubovun qələbə sevinci - FOTOLAR

20:47   19 May 2017    Oxunub: 123665

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarının birinci günündə daha bir Azərbaycan idmançısı qızıl medala sahib olub.

Yarışda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Nurməhəmməd Hacıyev qızıl medal uğrunda görüşdə İran idmançısı Amir Mohammadini 11:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Final görüşünü zalda izləyən daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mədət Quliyev idmançımızın qələbəsini sevinclə qarşılayıblar.

Daha sonra qalib idmançıların mükafatlandırma mərasimi keçirilib. Medalları qaliblərə Mehriban Əliyeva təqdim edib.





















Foto: Elvin Abdulla
AzVision.az

Teqlər: İslamiada   Güləş   Bakı-2017    




Rubrikanın digər yazıları