Bakıda dostunun maşınını qaçıran şəxs tutuldu

14:31   19 May 2017    Oxunub: 265

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.

AzVision.az

Teqlər: DİN    




Rubrikanın digər yazıları