Neftimiz ucuzlaşıb

Neftimiz ucuzlaşıb
  25 Mart 2017    Oxunub:1055
Dünya birjalarında neft bahalaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,57% artaraq 47,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,47% artaraq 50,80 dollar olub. “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq bir barelinin qiyməti 51,58 dollara bərabər olub.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti