Alman `İŞİD`çiləri kimlərdir?

Alman `İŞİD`çiləri kimlərdir?
  03 Oktyabr 2015    Oxunub:2378
İŞİD-in tərkibində döyüşən Almaniya vətəndaşlarının yarıdan çoxunun cinayətkar keçmişi var. Bu barədə Almaniyanın federal cinayətkarlıq üzrə orqanı məlumat yayıb.

AzVision.az-ın Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Suriyada döyüşən 670 nəfər alman vətəndaşının keçmişinə aid müxtəlif cinayətkarlıq hadisələrinin əks olduğu tərcüməyi-halları var. Onlar narkotik vasitələrdən istifadə edən və seksual zorakılıq hallarında adları çəkinlərdir.

Son məlumatlara görə, Suriyada savaşan 670 nəfər alman vətəndaşından 234 nəfiri geri qayıdıb və onlardan 23-ü alman polisi tərəfindən dərhal həbs edilib.

Qeyd edək ki, Almaniyanın Bonn şəhəri əsasən sələfilərin toplaşdığı məkan kimi tanınır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti