Ştaynmayer İrəvana danışıqlara gedir - Gündəm Qarabağdır

Ştaynmayer İrəvana danışıqlara gedir - Gündəm Qarabağdır
  27 İyun 2016    Oxunub:2162
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 29-30-da Ermənistana iki günlük səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

ATƏT sədrinin Ermənistana səfəri zamanı prezident Serj Sarkisyan və XİN rəhbəri Edvard Lanbandyanla görüşü planlaşdırılır.

Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparılacağı bildirilir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyulun əvvəlində Gürcüstana səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti