Leyla Yunusun vəkili apelyasiya şikayəti hazırlayır

Leyla Yunusun vəkili apelyasiya şikayəti hazırlayır
  31 İyul 2014    Oxunub:847
Nəsimi Rayon Məhkəməsinin barəsində 3 aylıq həbs cəzası kəsdiyi hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun vəkili həmin qərardan apelyasiya şikayəti verəcək.
AzVision.az xəbər verir ki, bunu virtualaz.org-a hüquq müdafiəçisinin vəkili Cavad Cavadov deyib. O bildirib ki, sabah Nəsimi Rayon Məhkəməsinə apelyasiya şikayəti verəcək və seçilmiş cəza tədbirinin dəyişdirilməsini tələb edəcək. Vəkilin sözlərinə görə, istintaq orqanının onun müvəkkili Leyla Yunusa qarşı ittihamları qurama və siyasi motivlidir


Teqlər:





Xəbər lenti