Hərbi əsirlər geri qaytarılır

Hərbi əsirlər geri qaytarılır
  31 Avqust 2014    Oxunub:2458
Xarkovda gün ərzində Rusiya desantçılarının Ukrayna hərbi əsirlərinə dəyişdirilmə mübadiləsi olacaq.
Bu haqda "Donetsk Xalq Respublikası" Ali sovetinin deputatı "Şaman" ləqəbli Oleq Rusiya radiostansiyalarından birinə bildirib.

"Mübadilə ən yaxın vaxtda baş tutacaq və maraqlı keçəcək. Biz böyük sürpriz hazırlayırıq", - deyə deputat vurğulayıb.

O, sürprizin nədən ibarət olduğunu dəqiqləşdirməyib. "Şaman" ləqəbli Oleq qeyd edib ki, Ukraynanın yığma qoşun döyüşçülərində mübadilə ilə bağlı razılıq əldə edilib.

Xatırladaq ki, avqustun 26-da Ukrayna hökümət qüvvələri Rusiya hava-desant diviziyasının 98-ci Svirski alayının 10 hərbi qulluqçusunu tutub.(ans)


Teqlər:





Xəbər lenti