Hərbçilərimiz beynəlxalq tədbirdə

Hərbçilərimiz beynəlxalq tədbirdə
  27 İyun 2016    Oxunub:1647
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 27-dən iyulun 1-dək Varna şəhərində (Bolqarıstan Respublikası) Tərəfdaşlıq Təlim və Tədris Mərkəzlərinin işçi qrupunun toplantısı, iyunun 27-dən iyulun 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Maddi-Texniki Təminat üzrə mübadilə proqramı çərçivəsində hərbi yerdəyişmə və daşımalar seminarı, iyunun 27-dən iyulun 15-dək Saçxere şəhərində (Gürcüstan) təməl yay dağ hazırlığı kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti