Günay Yelmarqızı TTV-yə keçdi

Günay Yelmarqızı TTV-yə keçdi
  01 Sentyabr 2015    Oxunub:9943
Tanınmış teleaparıcı Günay Yelmarqızı Qafqazın ilk xəbər kanalı olan TTV-də (Türkel TV) məsul vəzifəyə dəvət olunub.

Bu barədə AzVision.az-a açıqlama verən xanım aparıcı təklifi qəbul etdiyini və artıq Tovuza getdiyini bildirib.
O, həmçinin yeni mövsümdə xəbər aparıcı kimi TTV-də efirə çıxacağını da əlavə edib.

Region televiziyasının mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov açıqlamasında G.Yelmarqızının TTV-yə keçdiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də aparıcıya tv-də məsul vəzifə verilib, lakin hansı vəzifə olduğu açıqlanmır:"Bu barədə yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək".



Teqlər:  





Xəbər lenti