Emin finalda - VİDEO

Emin finalda - VİDEO
  28 İyul 2014    Oxunub:1369
Ötən gün azərbaycanlı müğənni Emin Ağalarovun da qatıldığı "Yeni dalğa" müsabiqəsinin final gecəsi keçirilib.
Yurmalada keçirilən musiqi yarışması "Dzintaru" konsert zalında baş tutub. Gecədə bir çox tanınmış simalar müğənni, aktyor, şoumenlər bir araya gəliblər. Rus estradasının məşhurları sırasında olan Filipp Kirkorov, Nataşa Koroleva, Alsu, İqor Nikolaev, Vera Brejneva, Leonid Aqutin və digərləri ilə yanaşı dünyaşöhrətli ulduz Rikki Martin də gecəyə qatılıb.

İştirakçılar arasında olan Emin Ağalarov "Naçistatu" adlı mahnısı ilə finala qədər yüksəlib.

13 ölkədən 16 iştirakçının qatıldığı "Yeni dalğa"nın bu ilki qalibi Gürcüstan təmsilçisi Nuse Buzaladze olub.(Ans)




Teqlər:





Xəbər lenti