Davudoğlunun sirli Qazaxıstan səfəri

Davudoğlunun sirli Qazaxıstan səfəri
  05 Fevral 2016    Oxunub:2396
Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 6-da Qazaxıstana səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə `İnterfax` agentliyi diplomatik mənbələrə istinadən xəbər verir.

“Şənbə günü Türkiyənin baş nazirinin Qazaxıstan rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir”, - deyə mənbə bildirib.

Davudoğlunun Qazaxıstan səfərinin məqsədi açıqlanmır.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda Səudiyyə Ərəbistanının Türkiyənin dəstəyi ilə Suriyada hərbçilər yerləşdirəcəyinə dair məlumatlar yayılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti