Daha bir market cəzalandırıldı

Daha bir market cəzalandırıldı
  04 Mart 2015    Oxunub:1464
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus “Seval” marketdə yoxlama aparılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülmüşdür. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti