Azərbaycanlı biznesmen qətlə yetirildi

Azərbaycanlı biznesmen qətlə yetirildi
  28 İyun 2016    Oxunub:2216
Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər.
AzVision.az-ın məlumatına görə, Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumatda bildirilir ki, əslən Azərbaycanın Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurov yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanıb.

Bir neçə gün sonra onun meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılıb. Meyitin üzərində ağır işgəncə əlamətləri olub. Onun döyülərək öldürüldüyü ehtimal edilir.

İ. Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu aparıblar.

Qeyd edək ki, Qorlovka şəhəri hazırda separatçı “Donetsk Xalq Respublikası”nın nəzarəti altındadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti