Arif Hacılının “oğurluğu” - FOTO
Məsələ burasındadır ki, eyni mətn iki il əvvəl, daha dəqiq desək, 30 mart 2013-cü il, saat 20:03-də musavat.com saytında o vaxtkı Müsavat başqanı İsa Qəmbərin adından yayımlanıb.
Eyni mətndə dəyişən yalnız başqanların adıdır. Hətta cümlədə buraxılmış hərf səhvi də olduğu kimi dərc olunub. Məsələn, "Həmin hadisələr vaxtı Bakıda 12 mindən çox azərbaycanlı ölrürülüb, on minlərlə insan itkin düşüb" cümləsində "öldürülüb" sözü səhv yazılıb. Arif Hacılının adından yayılmış müraciətdə də həmin səhv düzəldilməyib.
Mətnlər arasında yeganə fərq sonuncu müraciətin sonundakı cümlənin çıxarılmasıdır. Belə ki, İsa Qəmbərin müraciəti "Tanrı şəhidlərimizin ruhunu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun!” fikirləri ilə bitir. Arif Hacılının müraciətində isə "Tanrı Azərbaycanımızı qorusun!” cümləsi çıxarılıb.
AzVision.az