Corc Buş ürəyindən əməliyyat olundu

Corc Buş ürəyindən əməliyyat olundu
  08 Avqust 2013    Oxunub:1382
Keçmiş ABŞ prezidenti Corc Buş ürəyindən əməliyyat olunub.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, keçmiş liderin arteriyasında tıxanma olduğu üçün əməliyyat edilib.

Belə ki, Buş dövri olaraq həkim yoxlamasından keçən zaman onun ürək damarlarında tıxanma aşkar olunub. Bir gün sonra isə Buşun ürək damarlarına cərrahiyyə əməliyyatı ilə stent tətbiq olunub.

Hazırda 67 yaşlı keçmiş liderin vəziyyətinin yaxşı olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti