Əhmədinecatın Azərbaycana vurduğu zərbələr – TƏHLİL

Əhmədinecatın Azərbaycana vurduğu zərbələr – TƏHLİL
  08 Avqust 2013    Oxunub:2112
İranın keçmiş prezidenti Mahmud Əhmədinecad avqustun 3-də prezident səlahiyyətlərini təhvil verəndən iki gün sonra Parlamentdə Məsləhət Şurasına üzv təyin edilib. Şuranın əsas vəzifəsi İran parlamenti ilə Müşahidə Şurası arasında yaranan münaqişə halların həll edilməsidir. Bununla yanaşı, Məsləhət Şurası İran Parlamentində qəbul olunan qərarların məqsədəuyğunluğu müəyyən edir.

Ona görə də, indi Mahmud Əhmədinecadın dövründə İranla Azərbaycan arasında yaşananların qısa mahiyyətini xatırlatmaq yerinə düşər. Həmin dönəmdə İran-Azərbaycan münasibətlərini aşağıdakı proses və hadisələr xarakterizə edir:

1) Əhmədinecad 2004-cü ildə İranda hakimiyyətə gələrkən Azərbaycan prezidenti İ.Əliyevə qarşı müxalifətçilik dəbdə idi. Əhmədinecat Azərbaycanda 2003-2005-ci illərin müxalifətçilik ənənələrinə yeni stimul vermək istədi. Nəticə ala bilmədi.

2) İranda sistemsiz fəaliyyət göstərən azsaylı antiazərbaycan mətbu orqanları sistemləşdirildi, sayı artırıldı, maddi-texniki bazası gücləndirildi. “Səhər 1” telekanalı Azərbaycan dilində fəaliyyət göstərən müstəqil kanala çevirildi.

3) Dağlıq Qarabağ ərazisində talış dilində yayımlanan radio açdı.

4) Azərbaycanın narazı qonşularının fəaliyyətini koordinasiyası istiqamətində fəaliyyət başlandı. Bu, Ermənistanla Türkmənistanın əlaqələrinin İran vasitəsilə qurulmasında özünü daha aydın göstərdi.

5) İranla Azərbaycan arasındakı iqtisadi rəqəmlər 2 dəfəyədək azaldı.

6) Əvvəllər Azərbaycanla müştərək fəaliyyət üçün nəzərdə tutulmuş layihələr (“Araz” AİZ) Ermənistana təqdim edildi.

7) İranın 15 qonşusu və Azərbaycanla sərhədlərinin uzunluğu kimi yeni təbliğat, təxribat formulları işlənib hazırlandı.Xəzərdə dava mənbəyi “süni ada yaratdılar”.

M.Əhmədinecadın dövründə İran-Ermənistan münasibətləri barədə ötən ay məlumat vermişdik. İran ərazisi vasitəsilə Türkmənistandan Ermənistanın elektrik enerjisi almasını da İran-Ermənistan münasibətlərinə aid etmək olar.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin hesabatı əsasında
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti