Obama Putinlə danışıqlardan imtina etdi

Obama Putinlə danışıqlardan imtina etdi
  08 Avqust 2013    Oxunub:1161
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putin ilə sentyabrın əvvəlinə təyin olunmuş görüşü ləğv edib.
AzVision.az xəbər verir ki, Rusiyanın keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenə müvəqqəti siyasi sığınacaq verməsi danışıqların ləğv edilməsinə səbəb olub.

Ağ Ev ABŞ-ın ballistik raketdən müdafiə sisteminin yerləşdirilməsi məsələsi daxil olmaqla digər məsələlərlə əlaqədar Rusiyanın sərt mövqeyinə görə gərginlik yarandığını bildirib.

Vaşinqtonda qeyd edilmişdi ki, Obama sentyabrın əvvəllərində “Böyük iyirmilər”in sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedəcək. Lakin ABŞ liderinin Rusiya prezidenti ilə görüşü gözlənilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti