Rus “vodka”sı boykot edildi - VIDEO

Rus “vodka”sı boykot edildi - VIDEO
  07 Avqust 2013    Oxunub:1325
Rusiyanın spirtli içkiləri Vladimir Putinin geylərlə bağlı qəbul etdiyi qanundan sonra boykot edilib.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, ABŞ-da bir sıra barlar Rusiya istehsalı olan araqları satmaqdan imtina edib. Belə ki, amerikalı bar sahibləri rus araqlarını yerə boşaldıblar.



Onların əsas narazılıq hədəfi Rusiya prezidenti Vladimir Putinin keçən ay imzaladığı “qeyri-ənənəvi cinsi əlaqələrin təbliğatı”nı qadağan edən qanun olub. Qanuna görə, geyparadların təşkili qanunla yasaq olunur və bunun üçün müvafiq cərimələr nəzərdə tutur. Həmçinin homoseksual olmaqda şübhəli bilinən turistlər və xarici vətəndaşlar da hökumət tərəfindən həbs oluna bilər.



AzVision.az


Teqlər:  





Xəbər lenti