İspaniya ilə Böyük Britaniya arasında gərginlik yaranıb

İspaniya ilə Böyük Britaniya arasında gərginlik yaranıb
  06 Avqust 2013    Oxunub:1144
Ölkələr arasında fikir ayrılığı yaranıb
İspaniya xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo bildirib ki, Cəbbəlütariq boğazında gediş-gəlişə 50 avro ödəniş haqqı tətbiq olunub. Bundan əlavə o vurğulayıb ki, ölkədə daşınmaz əmlak sahibi olan Böyük Britaniya vətəndaşları haqqında vergidən yayındıqları üçün istintaq başladılacaq.

Bütün bunlar Londonda narazılıqla qarşılanıb. Böyük Britaniyanın baş naziri Devid Kameron eyni qaydaların ölkəsi tərəfindən tətbiq edilmədiyini vurğulayaraq, narahatlığını ifadə edib. Qeyd edək ki, Cəbbəlütariqin 30 min əhalisi var. Bu ərazi 300 yüz ildir ki, Böyük Britaniyanın nəzarəti altındadır.


Teqlər:





Xəbər lenti