ABŞ Vyetnamı tənqid edib

ABŞ Vyetnamı tənqid edib
  06 Avqust 2013    Oxunub:1067
Vyetnamda xəbərlərin sosial şəbəkələrdə yayımlanması qadağan olunub.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, ABŞ Vyetnamın internetlə bağlı yeni qanununu tənqid edib.

Keçən həftə qəbul edilən qanun sentyabr ayında qüvvəyə minəcək. Qanuna görə, sosial şəbəkələrdə yalnız şəxsi informasiyalar paylaşılmalıdır. Vyetnam hökumətinə müxalif olan və milli təhlükəsizliyə xələl gətirən informasiyaların sosial şəbəkələrdə yayımlanması qadağan olunub.

ABŞ-ın Hanoydakı səfirliyi həmin qanuna görə dərin narahat olduğunu bildirib.

Qeyd edək ki, Vyetnamda bu il ərzində hökumətə qarşı çıxış etdikləri üçün bloqqerlər daxil olmaqla 46 aktivist həbs olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti