ABŞ vətəndaşlarını Yəməni tərk etməyə çağırdı

ABŞ vətəndaşlarını Yəməni  tərk etməyə çağırdı
  06 Avqust 2013    Oxunub:1031
ABŞ Yəməndəki səfirliyinin əməkdaşlarının evakuasiyasına başlayıb.
ABŞ Dövlət Departamenti Yəmədəki diplomatik missiyasının əməkdaçlarınını bir hissəsini evakuasiya etdiyini bəyan edib.

Bəyanatda həmçinin bildirilir ki, “terror təhlükəsi ilə əlaqədar olaraq bu ölkədə olan amerika vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”.

“Təhlükənin səviyyəsi həddindən artıq yüksəkdir”-deyə bəyənatda qeyd olunur.

Bir müddət əvvəl, ABŞ, 4 avqustda təhlükəsizlik tədbirləri çərçivəsində bütün dünyada diplomatik nümayəndəliklərini bağlayacağını bildirmişdi.

Bununla yanaşı ötən bazar günü boyunca ABŞ-ın Bəhreyn, Misir, İraq, İsrail , İordaniya, Küveyt, Liviya, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Yəmən, Əfqanıstan və Banqladeşdəki səfirlikləri bağlı qaldı.

Daha sonra ABŞ səfirliklərinin avqustun 10-dək bağlı qalacağını elan etdi.

Araşdırmalar nəticəsində məlum olub ki, ABŞ, “Əl-Qaidə” lideri Ayman əz-Zavahirinin “Əl-Qaidənin Ərəbistan Yarımadası qanadı”nın lideri Nasir əl-Vahişiyə ünvanlanmış məsajı xüsusi xidmət orqanlarının əlinə keçəndən sonra səfirliklərini bağlamağa qərar verib.

Məsajda söhbət avqustun 4-də silsilə terror aktlarının törədilməsindən gedir.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti