Uşaq internetdə satışa çıxarıldı

Uşaq internetdə satışa çıxarıldı
  06 Avqust 2013    Oxunub:1372
ABŞ-ın Nyu-York şəhərində rəfiqəsinin iki aylıq körpəsini internet vasitəsilə satışa çıxaran şəxs məhkəməyə verilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, geyim mağazasında işləyən 22 yaşlı Paul Markez dostunun onunla kifayət qədər araqlanmadığını düşünüb və onun uşağını satışa çıxarıb. İki aylıq uşağın şəklini internet saytlardan birində yerləşdirib “Uşaq satılır” başlığı ilə elan verib.

Uşağın ailəsinin adından elan verən markez onun oynamağı, əyləncəni sevdiyini, amma asma olduğunu buna görə də uşağı istəmədiyini və satdığını yazıb. Almaq istəyənlər üçün isə körpənin anasının telefon nörməsini verib. Uşağı satın almaq istəyənlərdən biri ona zəng edəndə elandan xəbər tutan 19 yaşlı ana polisə müraciət edib. Long İsland prokururluğunda Markez haqqında “uşağın rahatlığını təhlükə altında qoymaq” maddəsi ilə cinayət işi açılıb. Əgər təqsirli bilinərsə, onun bir il həbs cəzasına məhkum olunacağı bildirilir.

Fatimə


Teqlər:  





Xəbər lenti