Qadınlar indi də saç ovuna çıxdı

Qadınlar indi də saç ovuna çıxdı
  06 Avqust 2013    Oxunub:1544
Venesuelada ictimai yerlərdə görünmək sizə baha başa gələ bilər... Siz həvəslə uzatdığınız və qulluq etdiyiniz saçlarınızdan məhrum ola bilərsiniz.
Venesuela qadınları yeni cinayət növündən əziyyət çəkir. Əvvəllər venesuelalı xanımlar çantalarına və mobil telefonlarına görə narahat olurdularsa indi ictimai yerlərdə görünən qadınlar saçlarını itirməkdən qorxurlar.

Yerli mətbuatın yazdığına görə, Suliya ştatındakı ticarət mərkəzlərində xanımların uzun və gözəl saçları uğrunda əsl mübarizə gedir. Elə xanımların həyata keçirdiyi “ov” zamanı onlar qurbanlarının üstünə hücum çəkir və elə bir andaca əllərindəki qayçı ilə onların saçlarını kəsir.

Səbəb isə çox sadədir – kəsilən saçlar gözəllik salonları və kosmetik mərkəzlərə satılır, burada “məhsul” olduqca baha qiymətləndirilir.

Cinayətkarlar odlu silaha əl atmaqdan da çəkinmir, bu zaman qurbanlar özləri “artıq” saçlarından xilas olmaq üçün əllərindən gələni əsirgəmirlər. Saç oğrularını cinayət məsuliyyətinə cəlb etmək isə qeyri-mümkündür, çünki Venesuela qanunlarına əsasən, saç oğurluğuna görə, heç bir cəza nəzərdə tutulmayıb.

Saç oğurluğu ilə bağlı son günlər artan şikayətlər ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Suliya ştatının Marakaybo şəhərinin meri Trexo de Rosales cinayətkarlara qarşı sərt tədbirlər görüləcəyini və təhlükəsizlik tədbirlərinin artırılacağını deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti