Yəhudi qadın Azərbaycan bayrağını belə dəyişdi – FOTO

Yəhudi qadın Azərbaycan bayrağını belə dəyişdi – FOTO
  05 Avqust 2013    Oxunub:4069
İsraildə Milana Qorenşteynin yaratdığı və Azərbaycandakı prezident seçkisinə qatılmaq istəyən Sevgi Partiyası özünə yeni loqotip yaradıb.
Yeni loqoda Azərbaycanın bayrağında qırmızı zolaq ürək şəklinə salınıb. Altında “Biz sevgini seçirik” sözləri yazılıb.

Sevgi Partiyasının yaydığı açıqlamada deyilir ki, tədbirlərdə partiyanın bu loqosundan istifadə olunacaq.

Həmçinin partiya bildirib ki, onun Bakıdakı qərargahı bu ünvanda yerləşəcək: 28a, İnşaatçılar prospekti, 54.

Yada salaq ki, bir qədər əvvəl Sevgi Partiyası Milana Qorenşteynin MSK-ya sənəd verməsi barədə informasiya yaymışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti