“Əl-Qaidə”nin qolları

“Əl-Qaidə”nin qolları
  05 Avqust 2013    Oxunub:1341
Suriyada “Ən-Nusra cəbhəsi”, Somali və Nigerdə “Camaat Əş-Şəbab”, Hindistanda “Ləşkəri-Taiba”, Qəzzada “Cund Ənsar Allah” qruplaşmaları Pakistan və Əfqanıstan mənşəli “Əl-Qaidə”nin qolları hesab olunur.
Əgər “Əl-Qaidə”nin izi olan mənbələrə inansaq, onda onlar təşkilatın Yaxın Şərqdəki qruplarıdır. Qeyd edək ki, “Əl-Qaidə” Əfqanıstanda məlum strukturla formalaşmış köhnə tipli təşkilata bənzəmir. Aralarında ziddiyyət yaşayan müsəlman və müsəlman olmayan, dərin iqtisadi problemlər və yüksək yoxsulluq səviyyəsi müşahidə olunan ərazilər “Əl-Qaidə” və onun qolları üçün əlverişli mühit hesab olunur. Həmçinin idarəetmənin zəif olduğu regionlar da bu təşkilat tərəfindən seçilir. Yaxın dini qruplarla sosial əlaqələri gücləndirməklə “Əl-Qaidə” üzvləri bir müddətdən sonra yerli təşkilat kimi fəaliyyət göstərir. Müəyyən ölkədə möhkəmləndikdən sonra ideoloji və taktiki xarakter daşıyan “cihad”la əlaqəli “maarifləndirici” fəaliyyətə başlayır. “Cihad”a görə ölüm və qətl şəriətin qanunu hesab olunur, terrorizm isə bunların həyata keçirilməsi üçün alət rolunu oynayır.

XXI əsrin başlanğıcından “Əl-Qaidə” ilə əlaqəli minlərlə insan həlak olub, terror aktlarının əksəriyyəti isə kamikadzelərin intiharı nəticəsində həyata keçirilib. “Əl-Qaidə” ilə mübarizə aparmaq terrorla mübarizədən daha çətindir. Bu inkişaf etmiş şəbəkə olduğundan terror aktının hazırlıq prosesini gizlətmək olurdu. “Əl-Qaidə” və onun qollarının törətdikləri terror aktları demək olar ki, bütün ölkələrin xarici siyasətinə toxunur. Onların aksiyaları qlobal sistemə yönəldilib. Bu təşkilatın əsas hədəfi həmişə ABŞ və müttəfiqləri olub. Törədilən hər bir terror aktının isə öz xüsusi mesajı olur.

“Əl-Qaidə”nin həyata keçirdiyi terror aktları məsələsinə görə üç qrupa ayırmaq olar. Birincisi, terror aktı baş verən ölkəyə xarici müdaxilə edilməsi. İkincisi, müəyyən ölkə hakimiyyətinin fikrini dəyişməsi və hadisə yerindən qaçması. Üçüncü məsələ - hökumətləri islam təşkilatları barəsində müəyyən mövqe tutmağa məcbur etmək.

AzVision.az


Teqlər:





Xəbər lenti