Sezen Aksu vəsiyyətini etdi

Sezen Aksu vəsiyyətini etdi
  05 Avqust 2013    Oxunub:1159
Türkiyəli müğənni Sezen Aksu heç kimə vermədiyi bəstələrini miras kimi saxlayır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evindəki kassada saxladığı 2 min bəstəni oğlu Mithat Cana vəsiyyət edib.

Müğənninin hamıdan gizlətdiyi, öz həyatından təsirlənib yazdığı mahnıları həm də özünə məxsus olan səsyazma studiyasında səsləndirilib.

1974-cü ildən bu günə qədər mahnı yazan Sezen Aksu bunu oğlunun gələcəyinə zəmanət kimi qiymətləndirib.

Mithat Canın anasının “Sənə vəsiyyətimdir. Bu mahnıları mən öləndən sonra sən yaşat” sözlərini böyük təəccüblə qarşıladığı və vəsiyyətinə əməl edəcəyinə söz verdiyi bildirilir.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti