İranın yeni prezidenti bir neçə saatdan sonra and içəcək

İranın yeni prezidenti bir neçə saatdan sonra and içəcək
  04 Avqust 2013    Oxunub:1202
İranın yeni prezidenti Həsən Ruhani öz administrasiyasının rəhbərinin adını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Bu, İranın icarət-sənaye palatasının rəhbəri Məhəmməd Nəhavandiandır. Onun 59 yaşı var, ABŞ-da Corc Vaşinqton Universitetində təhsil alıb. Məhəmməd Nəhavandian uzun müddət ABŞ-da yaşayıb və 1994-cü ildə İrana birdəfəlik qayıdıb.

Administrasiya rəhbərinin təcili təyinatı onun elə ilk gündən bacarığını göstərməli olması ilə bağlı olduğu bildirilir. Belə ki, səhər saatlarından xarici ölkələrin nümayəndə heyətlərinin təyyarələri Tehrana enməyə başlayıb. Onlar 1979-cu il İslam inqilabından sonra ilk dəfə İran prezidentinin andiçmə mərasimində iştirak edəcəklər. İnauqurasiya mərasimi İran parlamentində keçiriləcək.
Mərasim Bakı vaxtı ilə saat 17.00-da parlamentin spikeri və məhkəmə hakimiyyəti başçısının çıxışları ilə başlayacaq. Sonra Həsən Ruhani and içəcək və qısa çıxış edəcək. Daha sonra yeni prezident 54 xarici nümayəndə heyəti başçılarını qəbul etməlidir.
Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Dünən Həsən Ruhanini prezident vəzifəsində ali dini lider ayətullah Əli Xameneyi təsdiqləyib. O andan yeni prezidentin dörd illik səlahiyyət müddəti başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti