“Ku kluks klan” – indiki dövrdə - FOTOLAR

  03 Avqust 2013    Oxunub : 530
“Ku kluks klan” – indiki dövrdə - FOTOLAR
“Ku kluks klan” - irqçi xristian-terrorist təşkilatıdır. Təşkilatın üzvləri üçün xaçın yandırılması küfr deyil, müqəddəs və dini aktdır.
“Ku kluks klan” üzvləri “xaçın yandırılması” adlı mərasimi geniş düzənlikdə keçirirlər. Təşkilat üzvlərinə görə, bu mərasim xristianlıq naminə keçirilir və bu din “yalnız ağlar üçün”dür.

Mərasimin keçirilməsi həmçinin onların birliyinə işarədir. Ağ geyimli təşkilat üzvləri taxtadan hazırlanmış xaçın ətrafında dairə formasında dayanırlar. Qrup dua etdikdən sonra qadınlar və kişilər yanan məşəllərini xaça tərəf atırlar. Onlar bu mərasimi ruhən yerinə yetirirlər, çünki bu, onları tanrıya daha çox yaxınlaşdırır.

AzVision.az

Foto


Teqlər: