Kerri Misirə müdaxilədən danışdı

Kerri Misirə müdaxilədən danışdı
  03 Avqust 2013    Oxunub:1218
ABŞ-ın Dövlət katibi Con Kerri Pakistan səfərində Misirin hazırkı vəziyyətindən danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət katibi `ABŞ Məhəmməd Mursiyə qarşı müdaxilədə niyə öz mövqeyini sərgiləmir?` sualına belə cavab verib:

`Xaosla üzləşməkdən çəkinən milyonlarla insan hərbi müdaxilə tələb edib`.

Ordunun idarəetməni ələ keçirməyinə gəldikdə isə Kerri bildirib ki, ölkəni sivil hökumət idarə edir və demokratiyanı yenidən bərqərar edirlər:

`Müdaxilə müddəti hələ bitməyib. Gələcəyin nə gətirəcəyini bilmək olmaz`.

Günün axşam saatlarında verdiyi daha bir açıqlamada isə Kerri vurğulayıb ki, Misirdə bütün tərəflər sülh üçün çalışmalıdır:

`Zorakılıq bizim ən son istəyəcəyimiz şeydir. Müvəqqəti hökumət nümayiş keçirənlərin bunu dinc şəraitdə keçirməsi üçün şərait yaratmalıdır. Eyni zamanda aksiya keçirənlər də Misirdə inkişafın qarşısını almamalıdırlar`.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti