Rus ordusunda azərbaycanlı- erməni davası

Rus ordusunda azərbaycanlı- erməni davası
  03 Avqust 2013    Oxunub:1509
Azərbaycanlı erməninin çənəsini sındırdı
Rusiyanın Astraxan bölgəsində Zanamensk 48315 hərbi bölməsində artıq 8 aydır hərbi xidmətdə olan milliyyətcə azərbaycanlı Emil Abdullayev yenicə and içmiş Jan Meroyanın çənəsini sındırıb. Erməni mətbuatı belə bir məlumat yayıb.

İddia edilir ki, İnsident ayaqyolunda baş verib. Emil əvvəlcə ermənini çiyni ilə itələyib, erməni niyə belə edirsən deyəndə qəfildən ona hücum edərək döyüb və çənəsini sındırıb. Hər halda ermənilər belə deyir... Çox güman ki, bu da ermənilərin azərbaycanlılara qarşı növbəti düşünülmüş təxribatıdır.

Ancaq olan olub, yəni erməninin çənəsi artıq sınıb. Hazırda Meroyan, Znamensk hərbi hospitalına yerləşdirilib. Həkimlərin sözlərinə görə onun sümükləri qırıq-qırıq olub, çənəsi yerindən çıxıb və hazırda onun çənəsini yığmaqla məşğuldurlar.

Emil Abdullayev isə hərbi prokurorluq tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti