İnternet oyunu yapon adalarını hədəfə aldı

İnternet oyunu yapon adalarını hədəfə aldı
  02 Avqust 2013    Oxunub:1113
Çində yapon adalarını hədəfə alan internet oyunu buraxılıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, “Glorious Mission Online” oyunu Çinin Ordu günündə üzə çıxarılıb. Oyunda Şərqi Çin dənizində yerləşən Yaponiya ilə mübahisəli Senkaku adasına Çin qüvvələri tərəfindən hücum edilir.

Onlayn versiyalı oyun, Yaponiya ilə Çin gəmilərinin mübahisəli sularda bir neçə ay qarşıdurmasından sonra yaradılıb. Oyunda çinli qüvvələr silahdan istifadə edərək yaponlara sübut etməyə çalışır ki, onlar oğurlanmış ərazini geri qaytara bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti