Hitler Olimpiadası FOTOLARDA

Hitler Olimpiadası FOTOLARDA
  01 Avqust 2013    Oxunub:2762
1936-cı il Berlin Olimpiadası, olimpiya oyunları tarixində ən qalmaqallısıdır.
1920 və 1924 –cü illərdə, Birinci Dünya Müharibəsindən sonra Almaniyanın Olimpiya oyunlarında iştirakına icazə verilmirdi. Lakin bu Hitleri heç də narahat etmirdi. O hesab edirdi ki, “qeyri- arilərlərlə” yarışmaq alman atletləri üçün alçaldıcıdır.

Buna baxmayaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK), 1936-cı ildə Almaniyaya yarışlara ev sahibliyi etmək hüququ verdi. Bu fakt göstərir ki, o vaxtlar Almaniya hələ nasist hakimiyyəti altında deyildi və BOK düşünürdü ki , bu addım Almaniyanı sivil ölkələr sırasına qaytaracaq. Problemlər 1933-cü ildən başladı, Hitlerin qatı millətçi və anti-yəhudi baxışları dövlət siyasətinə çevrildi. Qebbels, Hitleri Olimpiya oyunlarına münasibətini yenidən nəzərdən keçirməsi üçün əlindən gələni edirdi. O, Hitleri inandırmağa çalışırdı ki, olimpiada Amaniyaya gücünü bütün dünyaya nümayiş etdirməyə kömək olacaq. Fyürer razılaşdı. Oyunların keçirilməsi üçün 20 milyon reyxsmark, yəni 8 milyon ABŞ dolları ayrıldı.

Mərasim kifayət qədər yadda qalan oldu. 20 min göyərçinin havaya buraxıldığı “Sportpalast”stadionunda Hitler şəxsən çıxış etdi. Oyunlarda dünyanın 49 ölkəsindən gələn idmançılar iştirak edirdi.

Ümumilikdə, XI Olimpiada Hitler hökuməti üçün pozitiv nəticələndi. Almaniya 33 qızıl medal qazandı. Hitler gücünü göstər bildiyi üçün özünü xoşbəxt sanırdı...

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti