Moskva bazarında saxlanılanlar sərbəst buraxılıb-VİDEO

Moskva bazarında saxlanılanlar sərbəst buraxılıb-VİDEO
  01 Avqust 2013    Oxunub:1091
Saxlanılanların arasında azərbaycanlılar da olub.
Rusiya polisi tərəfindən paytaxtın “Matveevskiy” bazarında saxlanılan şəxslərin 80 faizinin Rusiya pasportu olduğuna görə sərbəst buraxılıb. Sənədləri yerində olmayanlar isə inzibati məsuliyyətə cəlb olunaraq barələrində müvafiq tədbirlər görülüb”.

Paytaxtın polisinin yaydığı məlumatda bazarlarda ümumilikdə 560 nəfər şəxsin saxlanılıb. Saxlanılanların 560 nəfəri Orta Asiya ölkələrinin vətəndaşları, 30 nəfərinin isə Şimali Qafqaz ölkələrinin vətəndaşları olublar.

Qeyd edək ki, ötən şənbə günü paytaxtın “Matveevski” bazarında – yetkinlik yaşına çatmayan qızı zorlamaqda şübhəli bilinən Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfər onlara hücum edib. Nəticədə polis əməkdaşlarından biri başından ağır zərbə alıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən sonra Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən bütün paytaxt bazarlarında profilaktik əməliyyat tədbirlərinin həyata keçirilməsinə göstəriş verilib. Nətcədə polis qeyri-slavyan görkəmli şəxsləri saxlayaraq bölmələrə aparıb. Əməliyyat zamanı qafqazlı görkəmli bütün şəxslər saxlanılıb.

Bazarda polisə hücum edən şəxslərin isə həbs edildiyi bildirilir.




Teqlər:  





Xəbər lenti