Əfqanıstanda 183 talibançı öldürülüb

  31 İyul 2013    Oxunub : 395
Əfqanıstanda 183 talibançı öldürülüb
Əfqanıstanın bir neçə vialyətində 10 gün ərzində keçirilən əməliyyatlarda Taliban terror təşkilatının 183 üzvü öldürülüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşıdurmalarda 90 talibançı yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına terror təşkilatının 80 üzvü həbs olunub.

Əməliyyatlarda həmçinin 8 min 400 partlayıcı maddə və 138 ədəd mina ələ keçirilib.

Taliban tərəfinin açıqlamasında isə bildirilir ki, ötən gün təşkialtın keçirdiyi əməliyyatda 46 polis ölüb, 15-i isə yaralanıb.

Fatimə KƏRİMLİ

Teqlər: