İvanişvili vəzifədən gedə bilər

İvanişvili vəzifədən gedə bilər
  30 İyul 2013    Oxunub:1317
Gürcüstanın baş naziri Bidzina İvanişvili ilin sonuna kimi tutduğu vəzifəni tərk etməyi və qeyri-hökumət sektoruna keçməyi planlaşdırdığını bildirib.
AzVision.az məlumat verir ki, “EUobserver”ə müsahibəsində İvanişvili tutduğu vəzifədən gedəcəyini söyləyib. O, Gürcüstanı korrupsiyadan təmizləmək, məktəblər, xəstəxanalar tikdirmək, yeni yollar salmaq, ölkəyə xarici investorlar və turistləri cəlb etmək kimi planlarını reallaşdırmaq istədiyini dilə gətirib.

Qeyd edək ki, baş nazirin tutduğu postu tərk etmək və 2013-cü ilin oktyabrın 27-də keçiriləcək prezident seçkilərindən sonra siyasətdən getmək qərarı barədə məlumat iyun ayında yayılmışdı. Öz qərarını şərh edən İvanişvili qeyd edib ki, seçkilərdən sonra hökumətin ona ehtiyacı olmayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti