Daşkənd yəhudisindən 103 milyon oğurlandı

Daşkənd yəhudisindən 103 milyon oğurlandı
  30 İyul 2013    Oxunub:1052
Kannda bu dəfə müzakirə edilən mövzu oğurluq olub. “Carlton” otelində zərgərlik əşyaları oğurlanıb. Tapança ilə mühafizəni hədələyən soyğunçu qiymətli əşyaları götürərək aradan çıxıb.
Baş verən hadisədən dərhal sonra cəvahiratların sahiblərinin qiymətləndirmələrinə əsasən müstəntiqlər oğurlanmış qiymətli əşyaları 40 milyon avroda dəyərində olduğunu hesablayıblar. Lakin sonra prokurorluq ilkin qiymətləndirmənin təsdiq edilmədiyini və inventarizasiyanın davam etdiyini bildirib. Son məlumatlara görə, oğurlanan əşyalar 103 milyon avro məbləğindədir.

Qeyd edək ki, Kannda baş verən bu hadisə Fransada ikinci böyük oğurluqdur. 2008-ci ildə Parisdə “Harry Winston” zərgərlik mağazasından 85 milyon avro dəyərində brilyant oğurlanmışdı. Belçikada almaz oğurluğu isə dünya rekordu qırıb. Belə ki, 2003-cü ildə Antverpendə “Diamond Centre”dən 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanmışdı.

Bu dəfə İsrail milyarderi, Daşkənd sakini Lev Levayevin “Levayev” məşhur zərgərlik firması soyulub. Qeyd edək ki, o, almaz vasitəsilə dünyanın ən zəngin adamlarının siyahısına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti