“Mən kiməm ki, maviləri mühakimə edim?”

“Mən kiməm ki, maviləri mühakimə edim?”
  29 İyul 2013    Oxunub:1396
Papa Fransisk bildirib ki, geylər mühakimə olunmamalı və ayrı-seçkiliyə məruz qalmamalıdır.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, papa Braziliyadan qayıdarkən bu barədə danışıb.

“Əgər gey insan Allaha sığınırsa və xoşniyyətlidirsə, mənim həmin insanı mühakimə etməyə ixtiyarım çatmır” – papa deyib.

O, həmçinin homoseksual hərəkətləri günahkar hesab edən Roma Katolik kilsəsinin təlimlərinə toxunub. Papa Fransiskin sözü gedən məsələ ilə bağlı çıxışı sələflərinə nisbətən daha barışdırıcı mövqe daşıyır.

AzVision.az


Teqlər:  





Xəbər lenti