Saakaşvilinin partiyası Bakradzeni seçdi

Saakaşvilinin partiyası Bakradzeni seçdi
  28 İyul 2013    Oxunub:1080
David Bakradze Saakaşvili partiyasından Gürcüstan prezidentliyinə namizəd olub
Gürcüstan prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından David Bakradze rəqiblərinə qalib gələrək prezidentliyə namizəd olub.

AzVision.az xəbər verir ki, Bakradze Gürcüstanın regionlarında keçirilən bütün praymerizlərdə, həmçinin onlayn-sorğuda da qalib gəlib.

Qələbə çalan Bakradze qeyd edib ki, bu gün Gürcüstana bütün ölkəni birləşdirən və fikir ayrılığı yaymayan prezident lazımdır. O hesab edir ki, seçkilərdə qələbə qazanma şanslarına malikdir.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti