Snoudenin atası Obamaya məktub yazdı

Snoudenin atası Obamaya məktub yazdı
  27 İyul 2013    Oxunub:1044
Keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenin atası Leon Snouden ABŞ prezidenti Barak Obamaya məktub yazıb.
AzVision.az məlumat verir ki, L.Snouden Obamadan oğlunun təqibini dayandırmağı xahiş edib. O, məktubunda həmçinin ölkə rəhbərliyini böhtanda ittiham edib və tələb edib ki, Milli Təhlükəsizlik Agentliyi vətəndaşların şəxsi həyatına müdaxiləni qurtarsın.

ABŞ-ın baş prokuroru bu yaxınlarda bəyanatla bildirmişdi ki, E.Snoudenə işgəncə verilməyəcək və onu ölüm cəzası gözləmir. Buna baxmayaraq L.Snouden oğulunun məhkəməsinin ədalətlə aparılacağına inanmadığını söyləyib. Onun sözlərinə görə, təhlükəsizliyi üçün oğlunun ölkə xaricində olması daha yaxşıdır. Məsələn, Rusiya E.Snouden üçün etibarlı sığınacaq ola bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti