Planetlər pilotsuz təyyarə ilə səhv salındı

Planetlər pilotsuz təyyarə ilə səhv salındı
  26 İyul 2013    Oxunub:1244
Hindistan Venera ilə Yupiter planetlərini Çinin kəşfiyyatçı pilotsuz təyyarəsi sanıb.
AzVision.az The Independent-ə istinadən məlumat verir ki, Hindistan ordusu Çinlə mübahisəli Himalay sərhədində kəşfiyyatçı olmasından şübhələndikləri pilotsuz təyyarələri araşdırmaq üçün altı ay sərf edib. Ordu 329 müxtəlif müşahidə zonasından Nəzarət Xəttinin (iki dövlət arasındakı Himalay sərhədi) 155 dəfə pozulduğunu aşkar edib. Sirli məsələni araşdırmaq üçün kosmonavtlar işə cəlb olunub. Kosmonavtların araşdırmasından sonra məlum olub ki, səmada müşahidə olunan təyyarə əslində Venera və Yupiter planetləridir.

Ordunun məlumatına görə, həmin obyektlər tez-tez səmada görünür və eyni zamanda dərhal yoxa çıxırmış. Kosmonavtlar isə bunu yerin öz oxu ətrafında fırlanması ilə izah ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti