Avropa İttifaqı Ermənistana çağırış etdi

Avropa İttifaqı Ermənistana çağırış etdi
  26 İyul 2013    Oxunub:1330
Avropa İttifaqı Ermənistanı Metsamor Atom Elektrik Stansiyasından imtinaya çağırır.
Avropa İttifaqının məlumatına əsasən, külək enerjisinin mövcud potensialı imkan verir ki, Ermənistan AES-in istifadəsindən tam imtina etsin. Avropa Komissiyası Ermənistanda alternativ enerjinin istifadəsi üçün tövsiyyələr də verməyə hazır olduğunu bildirib.

Beynəlxalq Atom Enerjisi Üzrə Agentlik isə Metsamor AES-lə bağlı ölçü götürməyə tələsmir. Mətbuat xidmətinin rəhbəri Syuzan Lus deyir ki, Metsamor AES-ə yaxın günlərdə missiya göndərilməyəcək:

"Ümumiyyətlə bu mövzuda gedən müzakirələrdən xəbərimiz var. Lakin təşkilat tərəfindən hər hansı bir addım atılacağı və ya AES-in bağlanacağı ilə bağlı heç bir məlumat yoxdur".

Mütəxəssislərin apardığı tədqiqatların nəticələrinə görə, Metsamor AES-də qəza baş verərsə Cənubi Qafqazda radioaktiv çirklənmə sıxlığı bir kvadratmetrə 100 kilobekkereldən artıq olar. Çaylarda mümkün çirklənmə fəsadları isə daha ağır ola bilər.


Teqlər:  





Xəbər lenti